​BAKI, 8 iyun. TELEQRAF

Rusiyanın hava hücumundan müdafiə qüvvələri gecə ərzində Ukraynaya məxsus 61 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"İyunun 7-si saat 23:00-dan iyunun 8-i saat 07:30-dək hava hücumundan müdafiə qüvvələri tərəfindən Bryansk, Belqorod, Kaluj, Tula, Orlov, Kursk vilayətləri, Moskva bölgəsi və Krım ərazisi üzərində Ukraynaya məxsus 61 ədəd təyyarə tipli pilotsuz uçuş aparatı məhv edilib", – məlumatda deyilir.