BAKI, 27 may. TELEQRAF

Avropa İttifaqı (Aİ) Slovakiyaya ayrılan maliyyənin dayandırılmasını nəzərdən keçirə bilər.

Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts yerli "WDR" teleradio şirkətinin forumunda çıxışı zamanı deyib.

O, bu addımı Slovakiyanın birliyin "ümumi istiqamətindən" kənarlaşması səbəbindən ata biləcəklərini bildirib.

"Onlardan Avropa vəsaitlərini geri almaq imkanı həmişə var. Ehtiyac olarsa, biz hərəkət edəcəyik", - kansler xəbərdarlıq edib.

Merts həmçinin artıq Aİ maliyyələşdirməsinin böyük bir hissəsini itirmiş Macarıstanı da tənqid edib. Onun sözlərinə görə, blokun qanun və normalarına riayət etməyən Aİ ölkələri bunun nəticələri ilə üzləşəcəklər.