BAKI, 16 may. TELEQRAF

Bu gün dünya nizamı qlobal nizamsızlığa çevrilib və bitmiş hesab edilən tarix yenidən başlayıb.

Teleqraf xəbər verir ki, bu fikri Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

“Bu gün qlobal dünya nizamı qlobal nizamsızlığa çevrilib. Berlin divarı yıxılanda çoxları tarixin bitdiyinə inanırdı. Amma bu gün görürük ki, yenidən bərpa olunub”, - Avropa Komissiyasının rəhbəri qeyd edib.

Leyen avropalıları birləşməyə çağırıb və ümid etdiyini bildirib ki, Avropa indiki böhrandan əvvəlkindən daha güclü çıxacaq.