
BAKI, 23 mart. TELEQRAF
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sədri (CHP) Özgür Özəl məhkəmədə dindirililməsi başa çatan Əkrəm İmamoğlu ilə 5-6 dəqiqə görüşdüyünü açıqlayıb.
Teleqraf xəbər verir ki, o, İmamoğlunun son mesajlarını açıqlayıb.
“Bu prosesin Türkiyə üçün böyük bir oyanışa səbəb olduğunu gördüyünü və özünü xoşbəxt hiss etdiyini söylədi. Güclü olduğu üçün hamının güclü olmasını istəyir”, - Özəl bildirib.