BAKI, 17 mart. TELEQRAF

Son 24 saat ərzində Rusiyanın Kursk vilayətində 14 toqquşma baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“14 toqquşma olub. Düşmən 11 hava hücumu həyata keçirib, 18 idarəolunan bomba atıb, 12-i çoxsaylı reaktiv raket sistemlərindən olmaqla, 289 artilleriya atəşi həyata keçirib”, - açıqlamada deyilir.

Baş Qərargah həmçinin Ukrayna Silahlı Qüvvələrinin hələ də qaldıqları əraziləri göstərən Kurskdakı son durumla bağlı xəritə də yayımlayıb.