BAKI, 16 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampdan Rumıniyada keçiriləcək prezident seçkilərinin nəticələrini tanımamaq xahişi edilib.

Teleqraf xəbər verir ki, bu xahişlə "SOSRomania" partiyasının sədri Diana Sosoaka çıxış edib.

“Rumıniyada keçirilən prezident seçkilərində namizədliyimin dəfələrlə rədd edilməsi demokratik sistemin məhv edildiyini və seçkilərin artıq saxtalaşdırıldığını göstərir. Bu seçkiləri Birləşmiş Ştatlar tanıya bilməz”, - çağırışda deyilib.

Siyasətçinin sözlərinə görə, onun siyasi prosesdən xaric edilməsinin heç bir hüquqi əsası yoxdur və bu Rumıniya Konstitusiyasının pozulmasıdır. Sosoaka qeyd edib ki, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen ölkəyə nəzarəti saxlamaq üçün Rumıniyada birbaşa seçki saxtakarlığı ilə məşğuldur.