BAKI, 15 mart. TELEQRAF

Macarıstan Baş naziri Viktor Orban Avropa İttifaqına (Aİ) uzun tələblər siyahısı irəli sürüb.

Teleqraf xəbər verir ki, o, macarların məhz bunları istədiklərini bildirib.

Orban Aİ-yə 12 tələb irəli sürüb. Baş nazir bu çərçivədə “millətlər Avropası”nın yaradılmasını tələb edir və bütün Aİ-yə üzv dövlətlərin qanun qarşısında bərabərliyinə çağırır.

Bundan əlavə, Macarıstanın baş naziri millətlərdən qanunsuz olaraq alındığını iddia etdiyi səlahiyyətlərin bərpasını tələb edir. Həmçinin Brüsseldən milli suverenliyə hörmət etməsini və milli hökumətlər üçün ciddi veto hüququnu təmin etməsini istəyir.

Orbanın digər tələbi Soros agentləri və korrupsiyalaşmış lobbiçilərin Aİ-nin icra və qanunverici orqanlarından kənarlaşdırılması ilə əlaqəlidir.

Baş nazir gələcək nəsli girov qoymamaq üçün Aİ borclarının silinməsinə də çağırır.

Orban miqrantlardan da bəhs edir və bildirir ki, Aİ bütün qeyri-qanuni miqrantları üzv ölkələrdən çıxarmalıdır.

Macarıstan liderinin digər tələbləri:

- Korrupsiyalaşmış dollar və avroların Aİ-yə üzv dövlətlərə daxil olmaması;

- Uşaqların qeyri-təbii şəkildə yenidən təhsil almasının qadağan edilməsi;

- Avropanın xristian irsinin qorunması;

- Avropada sülh;

- Ukraynasız Avropa İttifaqı.