BAKI, 13 mart. TELEQRAF
ABŞ Ukraynaya silah tədarükünün tam bərpa olunduğunu təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin rəsmi mənbələrinə istinadla CNN məlumat yayıb.
Telekanalın həmsöhbətlərinin sözlərinə görə, Ukrayna Amerikanın keçmiş hökuməti (Bayden administrasiyası) tərəfindən təsdiqlənmiş yardım paketləri çərçivəsində yenidən artilleriya mərmiləri, tank əleyhinə silahlar və HIMARS raket sistemləri üçün döyüş sursatları alır.