BAKI, 13 mart. TELEQRAF

Ukraynada artıq bir dənə də uzaqmənzilli ATACMS raketi qalmayıb. Bu silahlar əvvəllər ABŞ tərəfindən hərbi yardımın bir hissəsi kimi tədarük edilib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ və Ukrayna rəsmi mənbələrinə istinadla “Associated Press” məlumat yayıb.

ABŞ hökumət rəsmisi nəşrə deyib ki, Vaşinqton ümumilikdə Ukraynaya 40-dan az belə raket verib. Onun sözlərinə görə, tədarük yanvarın sonunda başa çatıb.

Keçmiş müdafiə naziri Lloyd Ostin də daxil olmaqla, ABŞ-nin yüksək səviyyəli müdafiə rəsmiləri bu raketlərin məhdud sayda veriləcəyini açıqlamışdılar.

AP bu raketlərin bir neçə gün əvvəl tədarükün dayandırılmasından sonra Ukraynaya göndərilən yardım paketlərində olub-olmadığını dəqiqləşdirməyib.