BAKI, 11 mart. TELEQRAF

Avropa İttifaqı (Aİ) təhlükəsizlik böhranı ilə üz-üzədir, mövcud sistem təməlindən sarıslıb.

Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula Fon der Leyen deyib.

"Aİ Avropa təhlükəsizlik böhranı ilə üz-üzədir. Avropanın təhlükəsizlik sistemi təməllərindən sarsılıb", - qurum rəhbəri bildirib.

Leyen ortaq Avropa müdafiə qüvvələrinin yaratmağın vaxtının gəldiyini söyləyib. Həmçinin o, Aİ-nin martın 6-da keçirilən fövqəladə sammitində bir neçə həftə əvvələ qədər mümkün olmayan hərbi qərarlar barədə konsensus əldə edildiyini vurğulayıb.