BAKI, 8 mart. TELEQRAF

Ukrayna qoşunları yaxın iki həftə ərzində Rusiyanın Kursk vilayətini tərk edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Amerikanın “The New York Post” nəşri Ukrayna komandanlığındakı mənbələrə istinadən məlumat yayıb.

Qəzet Rusiyanın Sudja bölgəsindəki irəliləyişlərə və bunun Ukrayna qruplaşması üçün nəticələrinə diqqət çəkib. Nəşrin mənbələri yeddi aylıq əməliyyatın təchizat və manevrlə bağlı çətinliklərə görə dayandırılma ehtimalının yüksək olduğunu qeyd edib.