
BAKI, 27 fevral. TELEQRAF
Vaşinqton Ukrayna ilə nadir torpaq metalları üzrə sazişin şərtlərini yekunlaşdırmağa və sənədi sabah Prezident Volodimir Zelenskinin səfəri zamanı imzalamağa ümid edir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.
Kiyev və Vaşinqton arasında razılaşmada irəliləyişi şərh edən rəsmi deyib:
“Əlbəttə, buna ümid edirəm. Artıq iki həftəyə yaxındır danışıqlar aparırıq. Düşünürəm ki, Prezident Zelenskinin sabah burada olması yaxşı əlamətdir”.