
BAKI, 27 fevral. TELEQRAF
Türkiyə Avropa İttifaqına (Aİ) üzvlük məqsədindən geri çəkilməyib.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Avropa İttifaqına gəlincə, prezidentimizin də bəyan etdiyi kimi, bizim rəsmi baxışımız hələ də Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlıdır. Bu məsələyə baxışımız dəyişməyib. Amma bildiyiniz kimi, avropalıların kimlik siyasətlərinə görə Türkiyəni daxil etməmək məsələsi var. İndi yeni dövrdə, yeni şərtlər altında buna bir daha baxacaqlarmı? Ümid edirəm ki, baxarlar”, - nazir bildirib.