![](https://teleqraf.az/storage/2025/02/09/715x378/49-pic_32ratio_900x600-900x600-76661.jpg)
BAKI, 9 fevral. TELEQRAF
Avropa İttifaqının cəmiyyətin təhlükəsizliyini və müdafiəsini öz əlinə almasının vaxtı çatıb.
Teleqraf xəbər verir ki, bunu Baltikyanı ölkələrin elektrik şəbəkələrinin Aİ sisteminə qoşulması ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Leyen deyib.
AK rəhbəri vurğulayıb ki, Şimali Atlantika Alyansı Avropa İttifaqının müdafiəsinin əsası olaraq qalır.
Fon der Leyenin fikrincə, indi ümumavropanın daha ciddi müdafiəyə ehtiyacı var.