BAKI, 3 sentyabr. TELEQRAF
Qazaxıstan ilk dəfə olaraq öz ərazisindən Qırğızıstana 35 min ton neft daşıyıb.
Teleqraf xəbər verir ki, bu barədə magistral neft kəmərlərinin operatoru olan “Kaztransoil” şirkəti məlumat yayıb.
“Qırğızıstan Respublikasına göndərilən ilk neft partiyası avqustun 15-də çatdırılıb. Ümumilikdə, 2026-cı ilin avqust ayında Qazaxıstandan Qırğızıstana 35 min ton neft tranzit yolu ilə daşınıb”, - açıqlamada bildirilib.
Xam neft əsas neft boru kəmərləri sistemi vasitəsilə Şaqır neft yükləmə terminalına nəql olunur. Daha sonra Qırğızıstana göndərilmək üçün dəmir yolu sisternlərinə yüklənir.