BAKI, 14 avqust. TELEQRAF
“2025-ci ildə Alyaskada keçirilən sammit zamanı Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa Ukrayna ilə bağlı onun təkliflərini qəbul etdiyini bildirib”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Prezident Putin Trampın təkliflərini nəzərdən keçirdi, Alyaskaya gəldikdən sonra isə ona dedi: “Donald, sən bizə təkliflərini göndərdin, mən düşündüm. Elə məsələlər var ki, kompromis tələb edir. Amma sənin mənə göndərdiyin təklifləri məhz həmin formada qəbul edirəm”. Amma ABŞ əldə olunmuş razılaşmaları həyata keçirmədi, Kiyevə hərbi yardım göstərməyə davam etdi”, - nazir deyib.
Lavrov əlavə edib ki, buna baxmayaraq, Rusiya ABŞ ilə yeni danışıqlardan imtina etmir.