BAKI, 17 iyun. TELEQRAF
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) keçmiş zabiti Azamat Dıkanbayev barəsində həbs qətimkan tədbiri seçilib.
Teleqraf xəbər verir ki, ona qarşı “Vəzifə səlahiyyətlərindən istifadə edərək dələduzluq” maddəsi ilə cinayət işi açılıb.
DTK-nın keçmiş zabiti Manas Şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Hazırda işin bütün hallarının və digər mümkün şübhəlilərin müəyyən edilməsi üçün istintaq tədbirləri davam etdirilir.
A. Dıkanbayev Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kamçıbek Taşiyevin kürəkənidir, müxtəlif vaxtlarda milli təhlükəsizlik sistemində çalışıb.