BAKI, 10 iyun. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilin sonunda ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat yayıb.

Qazaxıstan lideri həmçinin qeyd edib ki, Astana Vaşinqtonla genişləndirilmiş strateji tərəfdaşlığı daha da dərinləşdirməyə qətiyyətlə sadiqdir.