BAKI, 10 iyun. TELEQRAF

Pekin ABŞ və İran arasında yaranmış hərbi gərginlikdən sonra tərəfləri təmkinli olmağa çağırıb.

Teleqraf "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian jurnalistlərə açıqlamasında bildirib.

O, rəsmi Pekinin regiondakı vəziyyətdən dərin narahatlıq keçirdiyini vurğulayıb:

"Aidiyyəti tərəflər sakitliyi və təmkin nümayiş etdirməli, vəziyyətin pisləşməsini dayandırmalı və gərginliyi azaltmaq üçün konkret tədbirlər görməlidirlər".