BAKI, 15 may. TELEQRAF

“ABŞ-nin İran və Hörmüz boğazı məsələlərində bütün marağı neftlə bağlıdır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“İrana qarşı bu aqressiya başlayanda, bununla əlaqədar açıq şəkildə belə bir məqsəd elan edilmişdi: guya İranın 47 il ərzində bütün qonşuları və dünyanı məruz qoyduğu terrora son qoymaq. Eynilə Venesuela prezidentinin (Nikolas Maduro) oğurlanması üçün onun narkotik qaçaqmalçılığında iştirakı mövzusu ortaya atılmışdı, sonra isə məlum oldu ki, məsələ heç də narkotik deyil, ABŞ-nin maraqlandığı Venesuela neftidir. İndi də İran məsələsində hər şey Hörmüz boğazı vasitəsilə daşınmalı olan neftə gəlib çıxır”, - o bildirib.