BAKI, 15 may. TELEQRAF

“Rusiya Avropa ilə danışmağa hazırdır, amma özü dialoqa can atmır, heç kimə yalvarmayacaq və arxasınca qaçmayacaq”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Avropa ilə hansısa danışıqlar prosesinə can atmırıq. Prezident Vladimir Putinin cavabı da məhz bu kontekstdə qiymətləndirilməlidir, hazırıq, amma heç vaxt arxalarınca qaçıb yalvarmayacağıq”, - o vurğulayıb.

Lavrov əlavə edib ki, avropalıların razılaşmalara sadiqlik baxımından fəaliyyətləri tamamilə mənfidir:

“Ukrayna nizamlanmasına töhfə vermək üçün imkanları olmuşdu, bu barədə artıq danışmışam. Birinci imkan 2014-cü ildə yaranmışdı, amma o ilin fevral ayında razılaşmaların pozulması nəticəsində (Ukraynada) dövlət çevrilişi baş verdi. İkinci halda - 2015-ci ilin fevralında Minsk razılaşmaları imzalandı. Həm birinci, həm də ikinci halda avropalılar qarant idilər, amma hər iki halda da qarant və ədalətli vasitəçi rollarını yerinə yetirə bilmədilər”.