BAKI, 1 may. TELEQRAF

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kamçibek Taşiyevə qarşı hakimiyyəti zorla ələ keçirmə cəhdində və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb.

Teleqraf xəbər verir ki, bu barədə onun vəkili İkromiddin Aytkulov məlumat verib.

K. Taşiyevin Qırğızıstandan çıxışına da qadağa qoyulub. İş Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır.

Təhlükəsizlik Komitəsinin keçmiş sədri bundan əvvəl iki dəfə DİN-in Baş İstintaq İdarəsində dindirilib. O, günahsız olduğunu deyir, ittihamlarla razılaşmır.

Xatırladaq ki, o vaxta qədər Qırğızıstan Prezidenti Sadır Japarovla yaxın dost olan Kamçıbek Taşiyev bu ilin fevral ayında vəzifəsindən uzaqlaşdırılıb.