BAKI, 30 aprel. TELEQRAF
“ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları Xəzər dənizinə ciddi təsir göstərib”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Yermek Koşerbayevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlarının Xəzər dənizinə ən çox mənfi təsir göstərdiyini etiraf etməyə məcburuq”, - o bildirib.
Lavrov qeyd edib ki, Xəzər dənizi sülh və əməkdaşlıq zonası olaraq qalmalıdır.
Rusiya xarici işlər naziri ABŞ və İsrailin mart ayında İran Xəzər dənizindəki Bəndər-Ənzəli limanına hücumunu “qəbuledilməz” adlandırıb.