BAKI, 23 aprel. TELEQRAF

Avropa İttifaqı (Aİ) Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-mayor Aleksey Rtişevə qarşı sanksiya tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Yeni sanksiyalar paketinə səhnə təxəllüsü "Timati" olan rusiyalı müğənni Timur Yunusov da var.

Xatırladaq ki, Avropa İttifaqı bu gün Rusiya əleyhinə 20-ci sanksiyalar paketini təsdiqləyib.