BAKI, 5 aprel. TELEQRAF
Kazan şəhərində keçirilən "Enerqoprom" forumu çərçivəsində Qırğızıstan və Rusiya arasında energetika sahəsində genişmiqyaslı əməkdaşlıq haqqında saziş imzalanıb.
Teleqraf xəbər verir ki, sənədi Qırğızıstanın energetika naziri Taalaybek İbrayev və rusiyalı həmkarı Sergey Tsivilyov imzalayıblar.
S. Tsivilyov bildirib ki, bu sənəd Rusiya istehsalı olan elektrik avadanlıqlarının Qırğızıstana uzunmüddətli tədarükü üçün zəmin yaradır.
Qırğız nazir T. İbrayev isə qeyd edib ki, imzalanan razılaşma ölkənin energetika sahəsinin modernləşdirilməsinə və istehsal potensialının artırılmasına yönəlib.
Saziş həmçinin müasir texnologiyaların tətbiqi, təcrübə mübadiləsi və birgə istehsalat sahələrinin qurulması üçün yeni imkanlar açır.