BAKI, 30 mart. TELEQRAF
Aprelin 22-də Qazaxıstanın paytaxtı Astanada Aralı Xilasetmə Beynəlxalq Fondunun təsisçi dövlət başçıları şurasının iclası keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Oljas Bektenovun Aralı Xilasetmə Beynəlxalq Fondunun idarə heyətinin üzvləri ilə görüşündən sonra hökumətin mətbuat xidməti tərəfindən məlumat yayılıb.
Məlumata görə, görüşdə su sahəsində regional əməkdaşlığın gələcək inkişafı, fondun fəaliyyətinin səmərəliliyinin artırılması, habelə cari ilin aprelin 22-də Astanada keçiriləcək dövlət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, Aralı Xilasetmə Beynəlxalq Fondu 1993-cü ildə Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən Aral dənizi hövzəsində ekoloji vəziyyətin yaxşılaşdırılması və sosial-iqtisadi problemlərin həlli məqsədilə təsis edilib.