BAKI, 25 mart. TELEQRAF

İran Silahlı Qüvvələri Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv etdiyini iddia edir.

Teleqraf xəbər verir ki, bunu "Xatəm əl-Ənbiya" Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfəqari bildirib.

O, sakinləri "bu bazalardan qaçan" əsgərlərin gizləndiyi yerlər barədə məlumat verməyə çağırdı.

"Bölgədəki bütün ABŞ bazalarının məhv edildiyini nəzərə alsaq, amerikalı komandirlər və hərbçilər qaçaraq bazaların xaricindəki sığınacaqlarda gizlənirlər. Biz onları axtarırıq və bölgə sakinlərini gizləndikləri yerlər barədə məlumat verməyə çağırırıq", - deyə o, brifinq zamanı bildirib.