BAKI, 25 mart. TELEQRAF
Türkmənistan xarici işlər naziri Rəşid Meredov Çinin Aşqabaddakı səfiri Si Şuminlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər Türkmənistan-Çin əməkdaşlığının daha da inkişaf etdirilməsi ilə bağlı geniş məsələləri müzakirə ediblər.
Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun bu yaxınlarda Çinə dostluq səfərinə xüsusi diqqət yetirilib.
Danışıqlar zamanı diplomatlar səfər zamanı əldə edilən razılaşmaların praktiki həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Qurbanqulu Berdiməhəmmədov Pekində olarkən Çin Sədri Si Cinpini ölkəsinə səfərə dəvət etmişdi.