BAKI, 11 mart. TELEQRAF

Şimali Koreya lideri Kim Çen In və 13 yaşlı qızı Kim Çu-e hərbi gəmidən strateji kruiz raketlərinin buraxılışını izləyib.

Teleqraf xəbər verir ki, ölkənin dövlət mediası tərəfindən yayımlanan fotolarda ata və qızının bir il əvvəl istismara verilən “Choe Hyon” esminesindən raket atışlarını izlədiyi görünür.

KCNA-nın məlumatına görə, raketlər ölkənin qərb sahilindəki şərti düşmən hədəflərinə atılıb.

Kim Çen Inın gəmidən kruiz raketləri atması ilk dəfə deyil, amma qızının tədbirdə iştirakı nadir haldır və varisin gələcək lider roluna potensial hazırlıq baxımından diqqəti çəkir.