BAKI, 9 mart. TELEQRAF
Özbəkistanın qızıl-valyuta ehtiyatları 1 mart 2026-cı il tarixinə 77,1 milyard dollar təşkil edib. Ehtiyatların dəyəri fevral ayında 2 milyard dollar artıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankının hesabatında bildirilib.
Son bir ayda ehtiyatların valyuta hissəsi 686 milyon dollar azalıb, qızıl hissəsinin dəyəri isə 2,7 milyard dollar artaraq 67,6 milyard dollara çatıb. Ehtiyatlardakı qızılın fiziki həcmi də 12,8 milyon troy unsiyasından 13,1 milyon troy unsiyasına qədər artıb.
Ümumilikdə, 2026-cı ilin yanvar-fevral aylarında Özbəkistanın ehtiyat aktivləri 10,7 milyard dollar artıb.