BAKI, 2 mart. TELEQRAF
Çin Xarici İşlər Nazirliyi Pekinin İrana gəmi əleyhinə raketlər tədarük etmək planları ilə bağlı məlumatları təkzib edib.
Teleqraf xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bu açıqlamanı brifinqdə verib.
Diplomat Çinin İrana CM-302 gəmi əleyhinə raketləri tədarük etmək planları ilə bağlı “Reuters”in xəbərini şərh edərkən deyib:
“Bu məlumat doğru deyil”.