BAKI, 27 fevral. TELEQRAF

Pakistanın cavab tədbirləri nəticəsində ən azı 274 Əfqanıstan hərbçisi həlak olub, 400-dən çox hərbçi yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin sözçüsü Əhməd Şərif Çaudri mətbuat konfransında bildirib.

O qeyd edib ki, Pakistan ordusu Əfqanıstanın 73 nəzarət məntəqəsini məhv edib, daha 18-ni isə nəzarətə götürüb.

“Bundan əlavə, tanklar, zirehli personal daşıyıcıları və artilleriya da daxil olmaqla 115-dən çox hərbi texnika sıradan çıxarılıb”, - Çaudri vurğulayıb.

Ordu sözçüsü əlavə edib ki, Əfqanıstanla silahlı münaqişədə ən azı 12 Pakistan əsgəri həlak olub.