BAKI, 27 fevral. TELEQRAF
Qazaxıstan Baş Prokurorluğu yerli məmurlarla amerikalı maliyyəçi Ceffri Epşteyn arasında mümkün əlaqələr, o cümlədən onun keçmiş baş nazir və Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimovla mümkün əlaqələri ilə bağlı araşdırmaya başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Berik Asılov jurnalistlərə bildirib.
“Həm Baş Prokurorluq, həm də digər qurumlar baş verib-verməməsindən asılı olmayaraq, bu məlumatları yoxlayır”, - o deyib.
Epşteynin Məsimovla mümkün əlaqələrini müəyyən etmək üçün işlərin aparılıb-aparılmadığı suala Asılov belə cavab verib: “İlkin araşdırmaya başlamışıq”.