BAKI, 27 fevral. TELEQRAF

Rusiya vətəndaşlarının 76 faizi Prezident Vladimir Putinə etibar edir, 78 faizi onun yaxşı iş gördüyünə inanır.

Teleqraf xəbər verir ki, bu, Rusiyanın İctimai Rəy Fondunun 20-22 fevral tarixlərində 1500 nəfər arasında keçirdiyi sorğunun nəticəsidir.

Sorğuda iştirak edənlərin 51 faizi hökumətin fəaliyyətini müsbət qiymətləndirib. Respondentlərin 54 faizi Baş nazir Mixail Mişustinin yaxşı iş gördüyünü bildirib.

Hakim “Vahid Rusiya” Partiyasına dəstək səviyyəsi 40 faiz, Kommunist Partiyasına 10 faiz, Liberal-Demokrat Partiyasına 9 faiz, “Yeni İnsanlar”a 5 faiz və “Ədalətli Rusiya”ya 4 faiz təşkil edib.