BAKI, 24 fevral. TELEQRAF

Gürcüstan Baş naziri İrakli Kobaxidze Türkmənistan parlamentinin sədri Dünyagözel Gülmanovanı qəbul edib.

Teleqraf xəbər verir ki, baş nazir bu barədə sosial mediada məlumat yayıb.

“Gürcüstan və Türkmənistan arasında tərəfdaşlığı gücləndirmək və strateji sahələrdə əməkdaşlığı genişləndirmək yollarını müzakirə etdik. Regional əməkdaşlıq üçün yeni imkanlardan istifadə etməyi hədəfləyirik”, - İrakli Kobaxidze bildirib.