BAKI, 23 fevral. TELEQRAF
Qırğızıstan xarici işlər nazirinin müavini Kayrat Tursunkulov Qana xarici işlər nazirinin müavini Ceyms Jak Kveysonla telefonla danışıb.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.
Həmsöhbətlər ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edib, iki ölkənin xarici siyasət qurumları arasında əlaqələrin bərpa olunması barədə razılığa gəliblər.
Çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib. Yüksək səviyyəli ikitərəfli səfərlərin təşkili planları da müzakirə olunub.