BAKI, 20 fevral. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ-yə işgüzar səfərini başa vurub.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Özbəkistan lideri Vaşinqtonda Sülh Şurasının təsis iclasında çıxış edərək, Qəzza zolağının yenidən qurulması və regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı fikirlərini bildirib.
Səfər çərçivəsində Şavkat Mirziyoyev ABŞ hökumətinin ticarət katibi Hovard Latnik, ticarət nümayəndəsi Ceymison Qrin, “Eksimbank”ın prezidenti və sədri Con Yovanoviç və Beynəlxalq Maliyyə Korporasiyasının baş icraçı direktoru Ben Blek ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Səfərin işgüzar proqramı çərçivəsində dövlət başçısı bir sıra ikitərəfli sənədlərin imzalanması mərasimi və birgə layihələrin təqdimatında iştirak edib.