BAKI, 18 fevral. TELEQRAF

Qazaxıstan Respublikasının Prezidenti ABŞ-a işgüzar səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Sülh Şurasının ilk iclasında iştirak etmək üçün 18-19 fevral tarixlərində Vaşinqtonda işgüzar səfərdə olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat yayıb.

Zirvə toplantısında Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi, sülh və təhlükəsizliyin təmin edilməsi və humanitar yardımın çatdırılması üçün konkret tədbirlərin hazırlanması müzakirə olunacaq.

Həmçinin, səfər çərçivəsində Kasım-Jomart Tokayev Amerikanın iri şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.