BAKI, 18 fevral. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev həyat yoldaşı ilə birlikdə ABŞ-yə işgüzar səfərə gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan dövlət başçısının administrasiyası məlumat yayıb.

Şavkat Mirziyoyev ABŞ-yə səfəri çərçivəsində Sülh Şurasının ilk zirvə toplantısında və bir sıra işgüzar tədbirlərdə iştirak edəcək.