BAKI, 17 fevral. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev fevralın 17-də ABŞ Prezident Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Özbəkistanın təsisçilərindən biri olduğu Sülh Şurasının ilk zirvə görüşü ABŞ-nin paytaxtında keçiriləcək.
Səfər çərçivəsində ABŞ rəsmiləri ilə görüşlər və bir sıra işgüzar tədbirlər də planlaşdırılıb.