BAKI, 26 yanvar. TELEQRAF

Səudiyyə Ərəbistanı Qırğızıstanın Bişkek və Çuy vilayətlərində məktəblərin tikintisi üçün 50 milyon dollar vəsait ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstanın tikinti, memarlıq və mənzil-kommunal təsərrüfatı nazirinin müavini Samat Canteliyev məlumat verib.

Kredit ABŞ dolları ilə 25 illik müddətə veriləcək, Bişkekdə 5 yeni məktəbin və mövcud məktəblərə 7 əlavə tədris korpusunun tikintisinə, həmçinin Çuyda 2 yeni məktəbin tikintisinə yönəldiləcək. Məktəblərin tutumu 150-dən 1 000 şagirdədək nəzərdə tutulub.

Layihənin başlanğıcı 2026-cı il, başa çatma tarixi isə 2029-cu il planlaşdırılıb.