2025-ci ilin yanvar-noyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə nəql edilən Türkmənistan və Qazaxıstandan tranzit neftin payı 3 milyon 707 min 600 tona çatıb.
Teleqraf xəbər verir ki, bu barədə “Business Turkmenistan” məlumat yayıb.
Bildirilib ki, bu rəqəm bu marşrutla nəql edilən neftin ümumi həcminin 14,9 faizini təşkil edir. Hesabat dövründə Azərbaycanın əsas neft kəmərləri ilə nəql edilən neftin ümumi həcmi 33 408 900 ton təşkil edib.
Nəşr xatırladıb ki, 1768 kilometrlik Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər hövzəsindən Aralıq dənizinə xam neft nəql etmək üçün nəzərdə tutulub. Marşrut Azərbaycanın paytaxtı Bakıdan başlayır, Gürcüstandan keçir və Aralıq dənizi sahilində, Türkiyənin Ceyhan limanında bitir.