BAKI, 15 dekabr. TELEQRAF
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Rusiya Prezidenti Vladimir Putinin heç kimi nüvə silahı ilə hədələmədiyini iddia edib.
Teleqraf xəbər verir ki, o, bu barədə İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirib.
Rusiya liderinin nüvə silahından istifadə təhdidini necə şərh edəcəyi soruşulduqda AEBA rəhbəri belə cavab verib: “Mən onun nüvə silahı ilə hücum etməklə hədələməsini görməmişəm”.
Qrossi ancaq bir dəfə Rusiyaya qarşı mövcudluq təhlükəsi yarandıqda nüvə silahları barədə danışıldığını gördüyünü iddia edib: “Bu, mahiyyət etibarilə demək olar ki, bütün ölkələrin nüvə silahından istifadə doktrinasında yer alır”.
AEBA direktoru həmçinin beynəlxalq gərginliyin artdığını və gizli riskin olduğunu etiraf edib.