BAKI, 3 dekabr. TELEQRAF

Bu ilin yanvar-oktyabr aylarında Türkmənistan və Çin arasında ticarət dövriyyəsi 8,3 milyard ABŞ dolları təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV Çinin Baş Gömrük İdarəsinə istinadla məlumat yayıb.

Türkmənistanın ixracı bu dövriyyənin böyük hissəsini təşkil edib. Yanvar-oktyabr aylarında Türkmənistan Çinə 7 milyard dollar dəyərində məhsul göndərib. Həmin dövrdə Türkmənistan təqribən 1,3 milyard dollar dəyərində Çin malı idxal edib.

Türkmənistanın Çinə ixracının əsas komponenti boru kəməri ilə nəql edilən təbii qazdır.