BAKI, 28 noyabr. TELEQRAF
“Yaxınlarda keçirilən bir görüşdə hələ də Ukraynaya silah tədarük edən dost olmayan ölkənin nümayəndəsinin ilini sıxmaqdan imtina eləmişəm”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarovanın iddiasına görə, bu davranışı qarşı tərəf üçün “soyuq duş” effekti yaradıb.
“Yaxınlarda belə bir hal yaşandı, dost olmayan ölkənin nümayəndəsi ilə görüşməli oldum, o, vətəndaş cəmiyyəti nümayəndəsi yox, onların hakimiyyətini təmsil edən, Rusiyaya qarşı açıq şəkildə rusofob mövqedə duran bir nümayəndə idi. Danışıqlar zamanı hiss edirdim ki, ortaq məxrəcə gəlirik, bir məsələnin həllini tapmalıydıq, tapdıq da. Danışıqlar bitdi. Görüşdən sonra əlini uzadanda söylədim ki, məni bağışlayın, amma sizin ölkəniz terrorçu rejimə (Ukraynanı nəzərdə tutur – red.) silah verir, siz də onu rəsmi şəkildə təmsil edirsiniz, ona görə də mən əl sıxmaqdan imtina edirəm. Şəxsi məsələ deyil, bu, sadəcə mənim şəxsi vətəndaş mövqeyimdir”.
Rusiya rəsmisi söhbətin kimdən getdiyini açıqlamayıb.