BAKI, 21 noyabr. TELEQRAF

Türkmənistan səfiri Atacan Mövlamov İslamabadda Pakistan Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və İqtisadi Əməkdaşlıq Departamentinin baş direktoru Həsən Əli Zaiqam ilə görüşüb.

Teleqraf xəbər verir ki, tərəflər Türkmənistan və Pakistan arasında ticarət, enerji, nəqliyyat-tranzit və humanitar sahələr də daxil olmaqla, əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib, regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Həmsöhbətlər görüşün sonunda tərəfdaşlıq əlaqələrini gücləndirmək üçün müntəzəm dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.