BAKI, 8 noyabr. TELEQRAF
Türkmənistan dağıdıcı zəlzələdən əziyyət çəkən Əfqanıstana dərman, ərzaq və zəruri ləvazimatlar göndərib.
Teleqraf xəbər verir ki, təcili yardımın göstərilməsi barədə qərarı qayğıdan məhrum uşaqlara dəstək üzrə ixtisaslaşmış Qurbanqulu Berdiməhəmmədov Xeyriyyə Fondu verib.
Qeyd edilib ki, fəlakətli zəlzələnin nəticələri Əfqanıstanda onsuz da ağır olan humanitar vəziyyəti daha da ağırlaşdırıb, xüsusən də təcili yardımın vacib olduğu uşaqlar və digər həssas qruplar arasında.