BAKI, 13 oktyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Akan Raxmetullini xarici işlər nazirinin birinci müavini vəzifəsindən azad edib.

Teleqraf xəbər verir ki, onun yerinə Qazaxıstanın ABŞ-dəki keçmiş səfiri Yerjan Aşıkbayev təyin olunub.

Prezident həmçinin bəzi səfirləri vəzifəyə təyin edib və vəzifədən azad edib:

Daniyar Sarekenov Qazaxıstanın Sloveniyadakı səfiri vəzifəsindən azad olunub. Altay Abibullayev Sloveniya səfiri təyin edilib;

Qazaxıstanın Xorvatiyadakı səfiri Daulet Batraşev eyni vaxtda Bosniya və Herseqovina və Monteneqroda səfir təyin olunub;

Qazaxıstanın Əlcəzairdəki səfiri Anuarbek Axmetov eyni vaxtda Tunis səfiri təyin edilib.