BAKI, 10 oktyabr. TELEQRAF
“Ukraynanın danışıqlardakı mövqeyi hər gün pisləşir, amma Kiyev bundan xəbərsizdir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Təəssüf ki, Kiyev rejimi (Ukraynanı nəzərdə tutur – red.) onların danışıqlardakı mövqeyinin hər keçən gün pisləşdiyini dərk etmir”, - Kremlin sözçüsü bildirib.
Peskov qeyd edib ki, Ukrayna Rusiyanın təkliflərinə cavab vermək istəmədiyi üçün İstanbul prosesi dayandırılıb.