BAKI, 26 sentyabr. TELEQRAF

Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayev Cənubi Sudan xarici işlər naziri Mondey Semaya Kumba ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər diplomatik əlaqələrin qurulmasına dair birgə kommünike imzalayıblar.

Jeenbek Kulubayev həmkarını Qırğızıstana səfərə dəvət edib və bu görüşün iki ölkə arasında ikitərəfli münasibətlərin daha da inkişafına və möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.